• «International Foundation Year» proqramının səhifəsinə xoş gəlmisiz.

    Akademik istiqaməti müəyyənləşdirmək hər bir məzun üçün çox mühüm addımdır və  «International Foundation Year» proqramı sizə bu keçid dövründə yardımçı olacaq. İntensiv dərslər və praktiki seminarlar, akademik məsləhətçilər və tutorların köməyi ilə gələcək akademik məqsədlərinizə və maraqlarınıza uyğun tədris planı seçəcəksiniz. Seçdiyiniz sahə üzrə biliklərinizi  artırmaq və ingilis dilli ölkələrin universitetlərinə qəbul olmaq istəyirsinizsə «International Foundation Year» proqramı sizə mükəmməl imkan təklif edir.  Biz ən münasib keyfiyyət və qiymət nisbətini təklif edirik.

    Proqramın adı Başlama tarixi Son müraciət tarixi Qiymət(GBP ilə)
    Level 3 International Foundation Diploma for Higher Education Studies Sentyabr 15 Avqust 31 2900 GBP
    Yanvar 15 Yanvar 10 2900 GBP

    Ödəniş Azərbaycan manatı (AZN) ilə həyata keçirilir.

    Qeyd: Eyni qüvvəyə malik proqramın İngiltərədə qiyməti (yaşayış xərclərini nəzərə almadan) 15 000 – 25 000 funt sterlinqdir.

     

    Ümumi məlumat

    Bu Proqram Ofqual -  Böyük Britaniya Sertifikatlaşdırma və Attestasiya üzrə Dövlət Agentliyi tərəfindən rəsmən tanınır.

    Artıq bir çox şagirdlərin və onların valideyinlərinin illərlə gözlədiyi, hərbir şəxs üçün əlçatan, bütün universitetlərə yol açan Foundation proqramı nəhayət ki, Azərbaycanda! GRBS Böyük Britaniyanın NCC Education institutu ilə yeni əməkdaşlıq istiqaməti Azərbaycanda ilk dəfə olaraq “Foundation” proqramının tədrisinə başlamaqdır.

    “The International Foundation Year”  Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya, Avropa və dünyanın digər ölkələrində bakalavr təhsili almaq üçün bir illik universitet öncəsi hazırlıq proqramıdır. Bu proqram sizə ingilis dilli ölkələrin universitetlərinə orta təhsil bazası ilə qəbul üçün imkan yaradır. IFY sizin ümumi və akademik ingilis dili bacarıqlarınızı artırır və sizi IT və biznes sahələrində ingilis dilli ölkədə təhsilə hazırlamaq məqsədini daşıyır.

     

    Kimlər üçün

    Foundation proqramında 11-ci sinif şagirdləri və məktəb məzunları təhsillərini davam edə bilərlər.

    Qəbul olmaq üçün tələblər:

    1. Ən azı 16 yaş
    2. IELTS balı 4.5

    IELTS balı olmayanlar bizim mərkəzdə pulsuz diaqnostik tesdən keçirlər.

     

    eng2

    Qeyd: Sentyabr ayından etibarən Neft və Qaz Mühəndisliyi sahəsi də əsas istiqamətlərdən  biri olacaqdır.

    Proqramın üstünlükləri

    • Azərbaycanı tərk etmədən Böyük Britaniya “Foundation” proqramında təhsil almaq
    • Xərclərin böyük hissəsinə qənaət etmək
    • Viza və deposit kimi risklərdən azad olmaq 
    • Dünyanın ən nüfuzlu universitetlərində birbaşa bakalavr təhsilinin birinci ilinə başlamaq
    • Dünyada tanınan beynəlxalq “Foundation” diplomuna sahib olmaq
    • Xaricdə təhsil proqramlarına hazırlıqlı olmağınızı təmin edəcək tədris planından yararlanmaq

    İmtahanlar

    Hər semestr sonunda keçirilən fənlər üzrə tələbə imtahan verir.İmtahandan minimal keçid balı 40%dir.

    8 modulu uğurla bitirən tələbə NCC Education “İnternational Foundation Year” diplomu ilə təltif olunurlar.

    NCC Education

    Birləşmiş Krallığın ixtisaslaşma üzrə aparıcı institutlarındandır və Böyük Britaniya Sertifikatlaşdırma və Attestasiya üzrə Dövlət Agentliyi tərəfindən rəsmən tanınır. NCC Education dünyanın 100-dən artıq ən nüfuzlu universitetləri ilə əməkdaşlıq edir. İnstitutun əsas fəaliyyəti stiqaməti Böyük Britaniyada yaşamaq imkanı olmayan şəxslər üçün keyfiyyətli təhsili əlçatan etməkdir. NCC Education təhsil proqramları dünyanın 40 ölkəsində 200 artıq nüfuzlu mərkəzlərdə tədris olunur (www.nccedu.az və www.nccedu.com saytlarından əldə edə bilərsiniz)

     

    Qeydiyyat

    Qeydiyyat üçün aşağıdakı üsullardan birini istifadə edə bilərsiniz:

    1. Online qeydiyyat http://britisheducation.grbs.com/az/tehsil/online-muraciet/
    2. E-poçtvasitəsi ilə: müraciətinizi britisheducation@grbs.com ünvanına göndərin.

     

    Əlavə xidmətlər

    1. Azərbaycanın regionlarından gələn namizədlər üçün çox əlverişli şərtlərlə kirayə evlər təklif olunur.  Tələbələr tək yaxud digər qrup yoldaşları ilə yaşamağı seçə bilərlər.Evlər hər cür şəraitlə təmin olunub (TV, Internet, Telefon, Texnikidəstək, Təmizlik, Çamaşırxana xidməti və s.).
    2.  Foundation proqramının tələbələri təhsil müddəti ərzində, mərkəz tərəfindən pulsuz nahar, çay-kofeilə təmin olunur.

    Broşura baxmaq üçün klikləyin

  • NCC FoundatIon program In AzerbaIjan