FAQs – Suallarınıza cavab

Frequently Asked Questions / FAQs – Tez-tez verilən suallar

GRBS və NCC Education arasındakı əlaqə nədir?

GRBS NCC Education təşkilatının Böyük Britaniya ixtisas hazırlıq dərəcəsi olan Beynəlxalq Foundation İli (International Foundation Year) (IFY) proqramını həyata keçirən və NCC Education tərəfindən akkreditə olunmuş mərkəzdir.

NCC Education nədir?

NCC Education Birləşmiş Krallıq tərəfindən idarə olunan ixtisas hazırlığı üzrə orqandır və Britaniya təhsilinin beynəlxalq təmsilçisidir. Təşkilat 3 regional ofisi olmaqla Mançesterdə (Birləşmiş Krallıq) yerləşir . NCC Education ixtisasları üçün təhsil almaq istəyən bütün tələbələr GRBS-də qeydiyyatdan keçə bilərlər , belə ki burada xüsusi təlim keçmiş və təsdiqlənmiş heyət NCC Education tərəfindən təqdim olunan ixtisasların öyrədilməsini və idarəsini həyata keçirir.

NCC Education GRBS və Birləşmiş Krallığın universitetləri ilə əməkdaşlığı sayəsində tələbələri Foundation hazırlığından bakalavr və magistr pilləsində qədər Biznes və İT sahələrində münasib ixtisas istiqamətləri ilə təmin edir .

NCC Education haqqında ətraflı məlumat: www.nccedu.com

GRBS-də NCC Education kursları nə vaxt başlayır?

GRBS NCC Foundation proqramına (IFY) ildə iki dəfə qəbul təşkil edir:

Birinci qəbul (Payızda) – Oktyabr (son müraciət tarixi: 15 Sentyabr)

İkinci qəbul (Qışda) – Yanvar (son müraciət tarixi: 15 Dekabr)

Kursun müddəti nə qədərdir?

Kursun müddəti 9 aydır.

GRBS hansı kurslar təklif edir?

GRBS NCC Education tərəfindən təqdim olunan International Foundation Year (IFY) proqramını təklif edir.

International Foundation Year (IFY) proqramı universitet öncəsi bir illik hazırlıq proqramıdır və burada İngilis dilinin tədrisi əsas yer tutur. Bu ixtisas hazırlıq dərəcəsi sizi Birləşmiş Krallıq universitetlərinə birbaşa qəbulla təmin edir və yaxud da NCC Education-un Proqramlaşdırma, Biznes və Biznes İT sahələrindəki Level 4 diplomunu təklif edir.

IFY sizin ümumi və akademik ingilis dili bacarıqlarınızı artırır və sizi IT və biznes sahələrində ingilis dilli ölkədə təhsilə hazırlamaq məqsədini daşıyır.

Tələbələr GRBS haqda nə deyir?

Rəylərlə tanış ola bilərsiniz:

https://www.facebook.com/GRBS.Group.of.Companies/reviews/

Qəbul şərtlərimiz nələrdir?

International Foundation Year proqramına qəbul olunmaq üçün orta məktəbin sonuncu sinif şagirdi olmalı (11-ci sinif) və IELTS 4.5 dərəcəsinə malik olmalısınız. Əgər IELTS dərəcəniz yoxdursa, bizim mərkəzimizdə diaqnostik testdən keçə bilərsiniz.

GBRS tələbələr üçün necə dəstək göstərir?

NCC IFY diplomunu əldə etdikdən sonra GRBS tələbələrə universitetə qəbul prosesini tamamilə təmənnasız təqdim edir.

NCC Education kursu üçün hər hansı bir kitab almağıma ehtiyac var mı?

Xeyr. GRBS sizi lazimi kitab və tədris vəsaitləri ilə təmin edir.

GRBS-i hər hansı iş günü ziyarət edə bilərəm?

Biz sizi mərkəzimizdə qarşılamağa çox şadıq və proqram barəsində bütün suallarınıza cavab verməyə hazırıq. Açıq qapı günlərininin və tədbirlərimizin tarixlərini izləmək üçün rəsmi Facebook səhifəmiz ixtiyarınızdadır:

https://www.facebook.com/NCC.AP.in.Azerbaijan/

Proqramın ödənişi nə qədərdir?

Proqramın ödənişi 3000 GBP dir.

(Ödənişə daxildir: IFY təhsil ili, tədris materialları, nahar fasiləsi, kofe/çay fasiləsi,

IFY diploma əldə etdikdən sonra təmənnasız yardım və universitetlərə qəbul prosesində tələbəyə dəstək)

Qeydiyyatdan necə keçim?

Bizim Səməd Vurğun küçəsi 77, Zabitlər parkında yerləşən ofisimizi ziyarət edə və yaxud da onlayn qeydiyyat formasını doldura bilərsiniz.

Kurs bitdikdən sonra diplom kim tərəfindən tədqim olunur?

IFY proqramı bitəndə və tələbənin bütün semestrlər üzrə qiymətləndirilməsi uğurla başa çatdıqdan sonra diplom 2 ay ərzində verilir. Diplom NCC Education (Birləşmiş Krallıq) tərəfindən təqdim olunur.

NCC Education tələbələri üçün FAQ-a buradan nəzər yetirə bilərsiniz.

http://www.nccedu.com/faqs/student-faqs