Haqqımızda

Biz kimik?
GRBS öz fəaliyyət sahəsinin bütün istiqamətlərində regional lider və innovatordur və həmçinin təşkilatın əsas fəaliyyət sahəsinin təhsil sahəsi olduğunu nəzərə alaraq,GRBS aparıcı Beynəlxalq Təhsil mərkəzidir.

2004-cü ildə əsası qoyulmuş GRBS bugün 11 törəmə şirkəti ilə birlikdə şirkətlər qrupu kimi fəaliyyət göstərir.

2007-ci ildən bəri şirkətlər qrupu UKAS tərəfindən akkreditə olunmuş ISO 9001:2008 beynəlxalq standartlı Keyfiyyətə Nəzarət Sistemini (Quality Management System) tətbiq etmişdir.

GRBS Azərbaycanda ACCA (Association of Chartered Certified Accountants) – Diplomlu və Sertifikasiyadan keçmiş Mühasiblərin Assosiyasiyası (Birləşmiş Krallıq), CIMA (Chartered Institute of Management Accountants )- Sertifikasiyalı İdarəetmə uçotu üzrə mühasiblər İnsitutu (Birləşmiş Krallıq), IDP (International Development Programme) – Beynəlxalq İnkişaf proqramı (Avstraliya) , NCC Education (Birləşmiş Krallıq ) , VATEL International Business School Hotel and Tourism Management (Fransa), NEBOSH (National Examination Board in Occupational Safety and Health) – Əməyin mühafizəsi üzrə milli imtahan komissiyası (Birləşmiş Krallıq) , PMI (Project Management Institute) – Layihə İdarəedilməsi İnsitutu (ABŞ) , Kembric Universiteti (Birləşmiş Krallıq) kimi beynəlxalq nəhənglərin akkreditasiyasını bir araya gətirən yeganə brenddir.

NCC Education nədir?

Birləşmiş Krallığın ixtisaslaşma üzrə aparıcı institutlarındandır və Böyük Britaniya Sertifikatlaşdırma və Attestasiya üzrə Dövlət Agentliyi tərəfindən rəsmən tanınır. NCC
Education dünyanın 100-dən artıq ən nüfuzlu universitetləri ilə əməkdaşlıq edir. İnstitutun əsas fəaliyyəti stiqaməti Böyük Britaniyada yaşamaq imkanı olmayan şəxslər üçün
keyfiyyətli təhsili əlçatan etməkdir. NCC Education təhsil proqramları dünyanın 40 ölkəsində 200 artıq nüfuzlu mərkəzlərdə tədris olunur
(Ətraflı məlumatı www.nccedu.com saytından əldə edə bilərsiniz)