IFY proqramı

“The International Foundation Year” bir illik universitet öncəsi hazırlıq proqramıdır. Bu proqram sizə ingilis dilli ölkələrin universitetlərinə orta təhsil bazası ilə qəbul olmaq

üçün imkan yaradır.

İFY sizin ümümi və akademik ingilis dili bacarıqlarınızı təkmilləşdirmək, akademik imkanlarınızı və dünya görüşünüzü genişləndirmək və sizi İT və biznes sahələrində ingilis

dilli ölkədə təhsilə hazırlamaq məqsədini daşıyır

 

NCC Education IFY proqramına daxil olmaq üçün tələblər

  • 11ci sinifdə təhsil almaq (!) və ya Attestatın olması
  • IELTS minimum 4.5

IELTS sertifikatı olmayanlar bizim mərkəzdə pulsuz sınaq testindən keçəcəklər

Proqramın strukturu:

Proqram 8 moduldan ibarətdir. Hər tələbə bu modullar üzrə oxuyub imtahan verməlidir.

6 modul məcburi şəkildə tədris olunur.

  • Developing English Language Skills– effektiv ünsiyyət qurmaq üçün ingilis dili biliklərinizi təkmilləşdirir. Bu modul sizin ingilis dilində oxu, yazı, dinləmə və danışıq bacarıqlarınızı mükəmməlləşdirmək ilə yanaşı, sizə ingilis dilində rahat və ozünə inamlı şəkildə kommunikasiya qurmaq üçün geniş imkanlar və biliklər təklif edir. Modul  əsasən İntermediate və Upper İntermediate İngilis dili səviyyəsini əhatə edir.
  • Advanced English Language Skills– İngilis dili biliklərinizi daha da inkişaf etdirərək Advanced səviyyəsinəçatırmağa imkanı verir. Proqramadaha əhatəli praktiki dərslər və daha mürəkkəb grammatika və lügət biliklərinin tədrisi daxildir.
  • Academic English– bu modul sizi ilk öncə ingilis dilində akademik təhsil mühiti ilə tanış edəcək və ingilis dilini akademik məqsədlərdə istifadə etmək üçün hazırlayacaq.
  • Study and communication  skills–universitetdə uğurlu nailiyyətlər üçün sizə lazım olacaq tədqiqat bacarıqları ilə sizi təmin edəcək bir kursdur. Bu kurs sizi sərbəst tədqiqat aparmağı, akademik məqalələr yazmağı, prezentasiyalar keçirmək və öyrəndiklərinizi tətbiq etmək bilikləri ilə təhciz edəcək.
  • Culture studies– bu modul sizə digər cəmiyyətlərin mədəniyyətindən lazımi biliklər əldə etmək imkanını yaradır. Sizi maraqlandığınız və təhsil almaq istədiyiniz ölkənin mədəniyyəti ilə tanış edir. Xüsusi diqqət məhs bu ölkələrdəki tələbə həyatına ayrılır.
  • Foundation Mathematics– sizin riyazi biliklərinizi möhkəmlədəcək və xarici universitetin standartlarına uyğun səviyyədə tədris olunacaq. Eyni zamanda sizi akademik və karyera həyatınızda gərəkli biliklər ilə təmin edəcək.
  • Digər 2 modul isə aşağıdaki 4 seçmə fəndən seçilməlidir:
  • Introduction to Computing– İT sahəsində bir sıra mövzularla tanış edəcək. Bunların arasında kompüter sistemlərinin təşkili, hardware və software arasında əlaqə, komputerlərin, məlumat bazaların, şəbəkələrin tətbiqi, qrafika və multimediya var.
  • Introduction to Programming– müasir proqramlaşdırma dili olan Visual Basicdən praktiki tətbiqi nəzərdə tutan obyekt-yönümlü komputer proqmlaşdırma dərslərindən ibarətdir.
  • Introduction to Business– biznesin məqsədi, növləri və təşkilatı ilə bağlı ilkin biliklər təklif edir.  Eyni zamanda tələbələr marketinqin əsasları kimi biznesin bir sıra konseptləri ilə tanış olacaqlar.
  • Introduction to Accounting and Economics – bu modul mühasibat və iqtisadiyyatın əsas prinsipləri haqqında ətraflı biliklər təklif edir.Misal üçün, bazarın strukturu və maliyyə siyasəti kimi konsepsiyalarla ətraflı tanış olacaq, sadə maliyyə bəyanatları etmək öyrədiləcək.

Əlavə Modul:

IELTS– sizi IELTS imtahanına hazırlayır. Bu modul seçmədir və tələbələr üçün kredit nəzərdə tutmur.

Hər modul üzrə qiymətləndirmə bir neçə rüb ərzində keçiriləcək. Qiymətləndirmə imtahan və ya kurs işi yoxlama vasitələri ilə aparılır.

Son illər ərzində bizim məzunlar aşağıdaki universitetlərdə öz təhsillərini uğurla davam etmişdilər:

  • University of York
  • University of Bath
  • University of Leeds
  • University of Sussex
  • Heriot-Watt University
  • Oxford Brookes University
  • Goldsmiths, University of London
  • University of Wales, Bangor
  • De Montfort University
  • University of Bradford
  • University of Northumbria
  • University of Brighton
  • University of Plymouth
  • University of Hertfordshire
  • University of Greenwich
  • University of Gloucestershire
  • University of Central Lancashire
  • University of the West of England
  • Sheffield Hallam University
  • University of Huddersfield
  • University of Portsmouth
  • Staffordshire University
  • University of Sunderland
  • Birmingham City University
  • University of Northampton
  • University of Worcester
  • University of Teesside
  • Deakin University (Australia)
  • Limkokwing Institute of Creative Technology (Malaysia)