Təhsil

NCC Education Böyük Britaniya və dünyada tanınan ən aparici təhsil təşkilatlarındandı. Öncə Böyük Britaniya Kompyuter Mərkəzinin bir hissəsi kimi fəaliyyət göstərən NCC Education 1976 ildən etibarən İT ixtisaslaşmalar təklif etməyə başlayır və 1997 ildən bura Biznes ixtisasları və «Foundation» proqramları əlavə etməklə Ali təhsil portfoliosu inkişaf etdirmişdi.

40 ölkədən artıq mərkəzləri və 4 beynəlxalq ofislər, akademik menecerləri ilə NCC Education təhsildə, qiymətləndirmə üsulunda və dəstək mexanizmlarında ən yeni texnologiyalar tətbiq etməyə çalışır. NCC Education Ofqual ( İngiltərə və Şimali İrlandiyada Kvalifikasiyalar və imtahan tənzimləmə ofisi, daha ətraflı www.ofqual.gov.uk) tərəfindən tənzimlənir və keyfiyyətə zəmanət verilir.

NCC Education təşkilatının «Foundation» proqramı:

Keyfiyyətinə zəmanət verilir və Böyük Britaniyavə dünyada tanınır.

Dəyərli universitet hazırlığı proqramıdır- namizədlərin İngilis dili biliklərini (Ümumi və akademik)  inkişaf etdirəcək, eyni zamanda yeni təhsil metodları, mədəniyyət bilikləri və riyazi biliklər ilə tanış edəcək. Əlavə olaraq proqrama biznes və iqdisadiyyatın (biznes istiqaməti) və ya kompyuterin əsas konsepsiyalarını əhatə edən dərslər daxildir.