Beynəlxalq tələbələr

“Foundation” proqramına qəbul olunmaq arzusunda olan lakin orta məktəbdən başqa ölkədə məzun olan xarici namizədlər həmçinin qeydiyyatdan keçə bilərlər. Bu cür hallarda xarici vətəndaşlar Azərbaycan Respublikasına viza almalı və yaxud müvəqqəti qeydiyyat əldə etməlidir.

GRBS vizanın alınmasında və Azərbaycan Respublikasının migrasiya agentliyində qeydiyyat məsələlərində tələbələrinə köməklik və dəstək göstərməyə şad olar.

 Byndan əlavə biz tələbələrimizə Bakıda əlverişli şərtlər ilə yaşayış imkanlarını təklif edirik.

“Foundation” proqramına daxil olmaq üçün qeydiyyat formunu ingilis dilində doldurun və orta məktəbin bitirilməsi haqqında sertifikatın notarial qaydada təstiq olunmuş surəti və IELTS sertifikatı ilə birgə  foundation@grbs.com electron ünvanına göndərin.

 

Bundan əlavə namizədlər yuxarıda qeyd olunan sənədləri aşağıdaki elektron ünvanına göndərə bilərlər:

GRBS Beynəlxalq Tədris Mərkəzi
Səməd Vurğun küç. 77, Zabitlər Parkı
AZ1022 Bakı
Azərbaycan

Daha ətraflı məlumat üçün foundation@grbs.com ünvanına müraciət edə bilərsiniz. 

 

Migrasiya və vizanın alınmasında dəstək

Əgər Sizin migrasiya və yaxud Azərbaycan Respublikasına vizanın alınması ilə bağlı hər hansısa məsələdə dəstəyə ehtiyacınız varsa, siz Xarici Tələbələr Mütəxəssisindən məsləhət ala bilərsiniz. Mütəxəssis sizə məsləhət verib və Azərbaycanda təhsil almaq üçün heç bir migrasiya problemlərinizin olmamasında əmin olmağa kömək olacaq. Əgər Azərbaycan Respublikasına viza almaq istəyirsiniz ən qısa zamanda bizimlə əlaqə saxlayın.